Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Barak Obamaya

14 iyun 2016, 12:10

Hörmətli cənab Prezident,

Florida ştatının Orlando şəhərində törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri məni son dərəcədə sarsıtdı.

Bu gün bütün dünya terrorizm kimi dəhşətli bir bəla ilə üzləşmişdir. Belə bir vəziyyət qüvvələrin hamılıqla səfərbər olunmasını və terrorizmə qarşı qətiyyətlə mübarizə aparılmasını tələb edir. Azərbaycan terrorizmdən əziyyət çəkən ölkə kimi daim terrorizmi pisləyir və terrorizmə qarşı mübarizəni dəstəkləyir.

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 iyun 2016-cı il.