Azərbaycanın kino xadimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

29 iyul 2016, 18:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

İmamverdiyev Cavid Sudeyf oğlu 
Qavriş Konstantin Viktoroviç 
Vəzirzadə Leyla Rüfət qızı.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyul 2016-cı il.