14:10
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar.
17 may 2024, 14:10Prezident İlham Əliyev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin gündəliyinin çox geniş olduğunu, demək olar ki, bütün sahələri əhatə etdiyini və çox yaxşı nəticələr əldə olunduğunu dedi. Ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rolunu xüsusi qeyd edən Prezident İlham Əliyev onun fəaliyyətini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində prezidentlərin verdiyi dəyərli tövsiyələrin önəmini vurğuladı. Özünün bu yaxınlarda İran İslam Respublikasına rəsmi səfər etməsini və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin isə Azərbaycana rəsmi səfərə gələcəyini məmnunluqla qeyd edən Prezident İlham Əliyev bunu ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının və dinamik şəkildə inkişaf etməsinin yaxşı göstəricisi kimi dəyərləndirdi.
Mahmud Vaezi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin səmimi salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq ölkələrimiz arasında ikitərəfli əlaqələrin və dost münasibətlərin genişləndirilməsində Prezident İlham Əliyevin rolunu xüsusi qeyd etdi.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, Xəzər dənizində əməkdaşlıq məsələləri müzakirə edildi, energetika, neft-qaz, nəqliyyat, sərmayə qoyuluşu, maliyyə, bank, kənd təsərrüfatı, turizm və səhiyyə sahələrində əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar.
17 may 2024, 14:10Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Bülbülün ev-muzeyində olublar.
17 may 2024, 14:10Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və...
17 may 2024, 14:00Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ”...
17 may 2024, 13:49Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə qərara alıram:
Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər...
16 may 2024, 18:00