İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini evinə çay süfrəsinə dəvət edib

08 avqust 2016, 23:40
İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini evinə çay süfrəsinə dəvət edib

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putini evinə çay süfrəsinə dəvət edib.

Prezidentlər çay süfrəsi arxasında səmimi söhbət ediblər.

Dövlət başçıları söhbət zamanı Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşünün çox uğurla başa çatdığını məmnunluqla qeyd edib, bu tədbirin ölkələrimiz arasında və regionda əməkdaşlığın gücləndirilməsi, əlaqələrin daha da inkişaf etdirilməsi baxımından önəmli rol oynayacağına əminliklərini bildiriblər.

Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan prezidentlər əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00