İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

03 oktyabr 2016, 10:15
İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Latviya Respublikası Seyminin sədri İnara Murnietsenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanın və Latviyanın parlament nümayəndələrinin müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası çərçivəsində əməkdaşlıq etdiyini deyən dövlətimizin başçısı iki ölkə arasında bütün sahələrdə yaxın münasibətlərin olmasının vacibliyini vurğuladı. Ölkəmizin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsində maraqlı olduğunu deyən Prezident İlham Əliyev bu baxımdan İnara Murnietsenin Azərbaycana səfərinin əhəmiyyətini qeyd etdi.

Azərbaycana ilk dəfə 12 il əvvəl səfər etdiyini deyən İnara Murnietse ölkəmiz haqqında çox gözəl xatirələrinin olduğunu bildirdi. O vaxtdan ötən dövr ərzində Azərbaycanda çox müsbət dəyişikliklərin şahidi olduğunu deyən Latviya Seyminin sədri bu nailiyyətlərin əldə edilməsində ölkə rəhbərliyinin vacib rol oynadığını vurğuladı. Paytaxtımızın çox müasir şəhər olduğunu deyən qonaq Bakının milli və tarixi ənənələrlə yanaşı, müasir arxitekturanı özündə birləşdirməsinin şəhərə xüsusi ecazkarlıq verdiyini dedi. Azərbaycanda savadlılığın yüksək səviyyədə olduğunu deyən Latviya Seyminin sədri ölkəsində də təhsilə böyük önəm verildiyini bildirdi. Azərbaycanın xeyriyyəçilik sahəsində gördüyü işlərə toxunan İnara Murnietse bu istiqamətdə birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev Latviyada da tarixi memarlığın, mədəniyyətin və milli irsin qorunub saxlanması istiqamətində çox işlər görüldüyünü, Riqaya son səfərində bunun şahidi olduğunu qeyd etdi. Hər iki ölkənin paytaxt şəhərlərində yerləşən “İçərişəhər”in ölkələrimizin qürur mənbəyi olduğunu deyən dövlətimizin başçısı bunu, qədim tarixin və milli ənənələrin bariz nümunəsi kimi dəyərləndirdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, eyni zamanda, iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq imkanları müzakirə olundu.

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00
SƏNƏDLƏR Sərəncamlar 13 may 2024
13:18
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

13 may 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
13:16
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

13 may 2024, 13:16
SƏNƏDLƏR Qanunlar 13 may 2024
13:14
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

13 may 2024, 13:14
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
12:57
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...

13 may 2024, 12:57