12:05
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06 oktyabr 2016, 18:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:
Hüseynova Fidan Yaqub qızı – Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Məmmədov Əli Zaur oğlu – ABŞ, Nyu-York Manhetten Musiqi Məktəbinin tələbəsi
Məsimov Nicat Rafiq oğlu – Azərbaycan Milli Konservatoriyasının tələbəsi
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr 2016-cı il.
12:05
11:20
22:40
17:25
16:30
16:20
16:10
15:50
15:45
15:20
15:05
15:00