Niderland Senatının sabiq sədri, AŞPA-nın fəxri prezidenti, Azərbaycan-Niderland Dostluq Qrupunun sədri Rene van der Lindendən

27 dekabr 2016, 15:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, əvvəlcə Sizə və ailənizə ən xoş arzularımı çatdırım.

Sizi dekabrın 24-də qeyd etdiyiniz 55 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə xoşbəxt, sağlam ömür və sülh dolu Yeni il arzulayıram. İcazə verin, Sizi, həmçinin milli iqtisadi perspektivlərə dair strateji yol xəritələrinin qəbul olunması münasibətilə təbrik edim. İnanıram ki, ölkələrimiz arasında keçmiş və gələcək iqtisadi fəaliyyət qəbul edilmiş yol xəritələrinə çox uyğun olacaq. 2016-cı ildə olduğu kimi, Azərbaycan və Niderland arasında səmərəli və uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminəm. Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan və Niderland arasında ikitərəfli əlaqələrin inkişafına verdiyiniz dəstəyə görə Sizə bir daha təşəkkürümü bildirirəm.

İcazə verin, Sizə və Sizin ailənizə bir daha ən xoş arzularımı çatdırım.

2017-ci ildə Sizinlə görüşmək ümidi ilə,

Rene van der Linden

Niderland Senatının sabiq sədri,

AŞPA-nın fəxri prezidenti,

Azərbaycan-Niderland Dostluq Qrupunun sədri

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00