14:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hotelinin açılışında iştirak ediblər.
18 may 2024, 14:10Prezident İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) idarə heyətinin sədri Frederik Reynfeldti qəbul edib.
Dövlətimizin başçısı Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü idarə heyətinin sədri Frederik Reynfeldtin Azərbaycana səfərinin ölkəmiz ilə bu qurum arasında əməkdaşlıq məsələlərinin geniş müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi, Azərbaycanın bu təşəbbüsə qoşulan ilk ölkələrdən biri olduğunu vurğuladı. Prezident İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Londonda keçirilən ilk iclasında iştirak etdiyini məmnunluqla xatırladı. Dövlətimizin başçısı belə bir məqamı vurğuladı ki, ölkəmiz bu prosesə qoşulmağa neft sektorundan əhəmiyyətli maliyyə vəsaiti daxil olmazdan hələ illər öncə qərar vermişdi. Prezident İlham Əliyev o dövrdə təcrübənin öyrənilməsi məqsədilə Azərbaycandan suveren fondları olan ölkələrə nümayəndə heyətlərinin göndərildiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycan Dövlət Neft Fondunun “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə 2007-ci il üçün “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görüldüyünü məmnunluqla qeyd etdi.
Frederik Reynfeldt Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə ilk qoşulan ölkələrdən biri olduğunu, bu qurumla uzun illər əməkdaşlıq etdiyini və həmin sahədə böyük nailiyyətlər qazandığını vurğuladı. Qonaq ölkəmiz tərəfindən açıqlanan hesabatların bu qurumun tələblərinə uyğun olduğunu qeyd etdi.
Görüşdə Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü ilə əməkdaşlığın davam etdirilməsinə sadiq olması bir daha vurğulandı, ölkəmizin gələcəkdə bu qurumda tam hüquqlu üzv statusunun bərpa olunması üçün bütün lazımi tədbirlərin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hotelinin açılışında iştirak ediblər.
18 may 2024, 14:10Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub.
18 may 2024, 13:20Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
17 may 2024, 18:50Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və...
17 may 2024, 14:00