XƏBƏRLƏR
11 may 2024
12:05
12:05
Qətər Dövlətində rəsmi səfərdə olan Prezidenti İlham Əliyev Dohada “Qatar Petroleum”un prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.
Görüşdə Azərbaycan ilə “Qatar Petroleum” arasında əməkdaşlıq imkanları müzakirə edildi, bir sıra layihələrdə birgə iştirakın mümkünlüyü vurğulandı. “Qatar Petroleum”un gələcəkdə Xəzər dənizində və ya SOCAR-ın digər ölkələrdə həyata keçirdiyi layihələrdə Azərbaycan ilə birgə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparıldı.