İlham Əliyev Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

10 mart 2017, 10:30
İlham Əliyev Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Fransa Respublikası Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Andre Reyşarın Fransa senatorlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin önəmini qeyd edən dövlətimizin başçısı səfərin qonaqların ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı fürsət yaradacağını dedi.

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, əməkdaşlığımızın möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olundu, Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya gözlənilən səfəri zamanı iqtisadi, enerji, Avropa İttifaqı çərçivəsində əməkdaşlığın perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin müzakirə olunacağı vurğulandı.

Söhbət zamanı Azərbaycan ilə Fransa arasında energetika, ekologiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ətrafında da fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00