İlham Əliyev “Airbus” şirkətinin müdafiə və kosmik sistemlər üzrə icraçı vitse-prezidenti ilə görüşüb

13 mart 2017, 12:35
İlham Əliyev “Airbus” şirkətinin müdafiə və kosmik sistemlər üzrə icraçı vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Parisdə “Airbus” şirkətinin müdafiə və kosmik sistemlər üzrə icraçı vitse-prezidenti Nikolya Şamosi ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Airbus” şirkəti arasında bir neçə ildir uğurlu əməkdaşlığın həyata keçirildiyi, yaxşı perspektivlərin olduğu bildirildi. Kosmik sahədə, xüsusilə yeni təyinatlı, daha yüksək nəticələr əldə etməyə imkan verən peyklərin hazırlanması ilə bağlı əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00