15:30
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
16 aprel 2017, 21:30Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Türkiyə Respublikasının Konstitusiyasına dəyişikliyi nəzərdə tutan ümumxalq səsverməsinin – referendumun müvəffəqiyyətlə başa çatması münasibətilə Sizi və Sizin simanızda qardaş Türkiyə xalqını səmimi qəlbdən təbrik edirəm.
Referendumun nəticələri xalqın Sizə olan inam və etimadının təzahürü, qardaş Türkiyənin daha da inkişafı və qüdrətlənməsi istiqamətində apardığınız uğurlu siyasətə və xidmətlərinizə verilən qiymətdir. Heç şübhə yoxdur ki, bu referendum qardaş ölkənizin tarixində yeni mərhələnin başlanğıcı olacaq, sabit və güclü Türkiyənin beynəlxalq müstəvidə rolunu və mövqeyini daha da gücləndirəcəkdir.
Məmnunluqla qeyd etmək istəyirəm ki, son illər ərzində Azərbaycan və Türkiyə arasında əməkdaşlıq münasibətləri böyük inkişaf yolu qət etmişdir. İkitərəfli və çoxtərəfli müstəvidə uğurlu əməkdaşlığımız, eləcə də birgə səylərimizlə həyata keçirdiyimiz irimiqyaslı layihələr bölgədə sülhə, sabitliyə və inkişafa xidmət edir.
Əminəm ki, birgə səylərimizlə müstəsna xarakter daşıyan əlaqələrimiz, ölkələrimiz arasında təşəkkül tapmış dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri xalqlarımızın rifahı və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra daha da genişlənəcək və möhkəmlənəcəkdir.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, yeni müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına isə daim tərəqqi və çiçəklənmə arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 aprel 2017-ci il
15:30
15:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına...
18 may 2024, 15:2515:10
14:34
14:10
13:20
13:18
13:17
13:16
13:15
18:50
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
17 may 2024, 18:5014:14