Fərqanə Rzayeva və başqalarından, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident,
Ölkəmizdə aparılan abadlıq və quruculuq işlərinə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Sumqayıtda görülən işlər bizi çox sevindirir. Sakini olduğumuz Corat qəsəbəsi də son illər ərzində abadlaşdırılıb. Qəsəbəmizdə yerləşən 120 yaşlı məktəbin binası əsaslı təmir olunub, küçələrdə işıqlandırma sistemi qurulub, yollar təmir olunub. Qəsəbə sakinlərinin istirahətini təmin etmək üçün dəniz sahilində yeni park salınır.
Cənab Prezident, Corat qəsəbəsinin sakinləri olaraq Sizin yürütdüyünüz daxili və xarici siyasətinizi dəstəklədiyimizi bildirir, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Biz həmişə Sizinləyik.
Hörmətlə,
Rzayeva Fərqanə
Mehdiyeva Əfsanə
İsayeva Elmira
Allahyarova Leyla
Muradi Həlimə
Sərvinaz Cəfərova.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Corat qəsəbəsi.