15:30
Mərakeşin Kralı VI Mohammeddən
25 may 2017, 17:19Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, əziz qardaşım,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə Sizin rəhbərliyiniz ilə tərəqqi və firavanlıq arzu edirəm.
Fürsətdən istifadə edərək, xalqlarımız arasındakı möhkəm qardaşlıq əlaqələrinə, eləcə də ölkələrimizin sıx əməkdaşlığına böyük dəyər verdiyimi bir daha qeyd etmək istəyirəm.
Mən İslam ümmətinin, eləcə də xalqlarımızın ortaq maraqlarına xidmət etmək, münasibətlərimizi möhkəmləndirmək, əlaqələrimizi daha da gücləndirmək üçün Sizinlə işlərimizin davamını həvəslə gözləyirəm.
Hörmətlə,
VI Mohammed
Mərakeşin Kralı
15:30
15:25
15:10
14:34
14:10
13:20
13:18
13:17
13:16
13:15
18:50
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
17 may 2024, 18:5014:14