Livan Respublikasının Prezidenti General Mişel Aundan

25 may 2017, 17:22

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə Livan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Bu gözəl fürsətdən istifadə edərək, Sizə xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına isə rifah diləyirəm.

Hörmətlə,

General Mişel Aun

Livan Respublikasının Prezidenti