Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumadan

30 may 2017, 18:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati alinizə, Azərbaycan xalqına və Hökumətinə Cənubi Afrika Respublikasının xalqı, Hökuməti adından və şəxsən öz adımdan ən səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı diləyir, ölkələrimiz arasındakı mükəmməl dostluq münasibətlərini daha da genişləndirmək və möhkəmləndirmək arzusunda olduğumuzu bir daha təsdiq edirik.

Zati-aliləri, xahiş edirəm, yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

 

Ceykob Gedleyihlekisa Zuma

Cənubi Afrika Respublikasının Prezidenti