İlham Əliyevin Serbiyada rəsmi qarşılanma mərasimi olmuşdur

08 iyun 2011, 14:00
İlham Əliyevin Serbiyada rəsmi qarşılanma mərasimi olmuşdur

Serbiya Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı “Serbiya” Palatasının qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Serbiya Prezidenti Boris Tadiç Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın və Serbiyanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Serbiyanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Boris Tadiçə təqdim olundu.

Dövlət başçıları rəsmi foto çəkdirdilər. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo