13:15
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər.
Dövlət başçıları Şuşada birinci yaşayış kompleksində olublar.
17 may 2024, 13:15Prezident İlham Əliyev Kosta Rika Respublikasının xarici işlər naziri Manuel Qonzales Santsunu qəbul edib.
Xarici işlər naziri Manuel Qonzales Santsu Kosta Rika Respublikasının Prezidenti Luis Gilyermo Solisin salamlarını dövlətimizin başçısına çatdırdı. Bakıda keçirilən Formula-1 yarışının əlamətdar idman tədbiri olduğunu vurğulayan Manuel Qonzales Santsu bu yarışın Azərbaycana çoxlu sayda turistlərin gəlməsi üçün yaxşı şərait yaratdığını bildirdi. Ölkəmizə axırıncı dəfə bir il bundan əvvəl səfər etdiyini vurğulayan qonaq ötən dövrdə Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat doğurduğunu dedi.
Dövlətimizin başçısı Formula-1 yarışının önəmini vurğulayaraq bildirdi ki, müxtəlif ölkələrdən olan xeyli sayda turistlərin bu tədbirdə iştirakı onların Bakıda gedən inkişaf proseslərini öz gözləri ilə görmələrinə imkan verir və ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi işinə xidmət edir.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, iqtisadi, ticarət, sərmayə qoyuluşu, birgə layihələrin həyata keçirilməsi, turizm və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Kosta Rika Respublikasının Prezidenti Luis Gilyermo Solisin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kosta Rika Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər.
Dövlət başçıları Şuşada birinci yaşayış kompleksində olublar.
17 may 2024, 13:15Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə qərara alıram:
Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər...
16 may 2024, 18:00Hörmətli Forum iştirakçıları!
Sizi Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Lissabon şəhərində təşkil etdiyi Qlobal Dialoq Forumunun öz işinə başlaması münasibətilə...
15 may 2024, 17:55