2000-2010-cu illərdə Xorvatiya Respublikasının Prezidenti, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Stepan Mesiçdən

06 iyul 2017, 18:03

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi vəziyyətin kəşkinləşməsi ilə bağlı dərin narahatlığımı ifadə edim.

Münaqişə zonasında mülki şəxslərin – iki yaşlı Zəhranın və onun nənəsinin həlak olması xəbəri ilə bağlı Sizə dərin hüznlə başsağlığı verirəm.

Tezliklə atəşkəs rejiminin bərpa olunmasına, həlli uzanmış bu münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsinə uyğun olaraq həllinə ümid edirəm.

Hörmətlə,

 

Stepan Mesiç

2000-2010-cu illərdə Xorvatiya Respublikasının Prezidenti,
Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00