22 iyul 2017, 12:20
Şahmar Mikayılovdan, Qubadlı, Azərbaycan
Hörmətli cənab Prezident,
Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilənlər arasında qardaşım Mikayılov Qadir Kazım oğlunun adını gördükdə sevincimin həddi-hüdudu olmadı.
Hələ 70-ci illərdə atam Mikayılov Kazım Mikayıl oğlu kənd soveti işində səmərəli fəaliyyətinə görə “Şərəf” nişanı ordeninə layiq görülmüşdür. İndi isə onun oğlu Mikayılov Qadir Kazım oğlunun “Tərəqqi” medalına layiq görülməsi ailəmizin sevincini hədsiz etdi.
Çox hörmətli cənab Prezident, Mikayılovlar ailəsi adından Sizə öz dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Mikayılov Şahmar Kazım oğlu
Qarabağ müharibəsi veteranı, 2-ci qrup Qarabağ müharibəsi əlili
Azərbaycan Respublikası, Qubadlı rayonu, Həmzəli kəndi.