Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

17 iyun 2011, 18:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Tərəqqi” medalı ilə


Kərimov Firdovsi Əziz oğlu
Məmmədov Nizami Allahverdi oğlu
Nurullayev Eynulla Əhməd oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə


Allahverdiyeva Səbinə Elbrus qızı
Əliyeva Samirə Vaqif qızı
Hüseynova Oksana Qədir qızı

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyun 2011-ci il.