Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

01 iyul 2011, 19:20

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilsin:

Musayev Rasim İslam oğlu -Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi
Şirinov Nüsrət Kamran oğlu -Katibliyin rəisi.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2011-ci il.