A.A.Ələsgərovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

12 dekabr 2017, 18:08

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında memarlığın inkişafındakı xidmətlərinə və şəhərsalma sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Abbas Abbas oğlu Ələsgərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 dekabr 2017-ci il.