Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

15 dekabr 2017, 17:50

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar dövlət qulluqçusu”

Həmzəyev Arif Duman oğlu

“Əməkdar jurnalist”

Cəfərov Pərviz Qafar oğlu

“Əməkdar mühəndis”

Quliyev Gülağa Musa oğlu

Namazov Üzeyir Qurban oğlu.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2017-ci il.