18:50
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
17 may 2024, 18:50Prezident İlham Əliyev IBM korporasiyasının baş vitse-prezidenti Erik Klementini qəbul edib.
Erik Klementi təmsil etdiyi şirkətlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında yaxşı əməkdaşlığın həyata keçirildiyini dedi. O, bu səfəri zamanı Azərbaycanla əməkdaşlığın perspektivlərinin müzakirə edildiyini qeyd edərək, IBM şirkətinin ölkəmizlə uzunmüddətli əlaqələr qurmaqda maraqlı olduğunu vurğuladı.
Dövlət başçısı IBM şirkətinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu qeyd etdi. Prezident İlham Əliyev ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sektorunun prioritet təşkil etdiyini vurğulayaraq, bu sahədə artıq böyük nailiyyətlərin əldə olunduğunu dedi. Bu yaxınlarda Azərbaycanda “Bakutel-2017” sərgisinin keçirildiyini deyən dövlətimizin başçısı sərgini beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmli tədbir kimi dəyərləndirdi. Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmiz böyük iqtisadi potensiala və perspektivlərə malikdir və xarici şirkətlərin fəaliyyəti üçün çox cazibədardır. Dövlətimizin başçısı IBM şirkəti ilə Azərbaycan arasında gələcəkdə uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
17 may 2024, 18:50Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və...
17 may 2024, 14:00