İlham Əliyevin Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşü olub

15 fevral 2018, 11:45
İlham Əliyevin Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşü olub

Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Azərbaycanın və Türkiyənin TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi irimiqyaslı layihələri birlikdə uğurla həyata keçirdikləri qeyd olundu.

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev ötən ilin sentyabrında Bakıda “Əsrin müqaviləsi”nin müddətinin uzadılması mərasimində Berat Albayrak ilə görüşünü xatırladı və TANAP layihəsinin icrasının artıq yekunlaşmaqda olduğunu vurğuladı. Dövlətimizin başçısı tezliklə “Şahdəniz-2” yatağından qazın hasil olunmasına və borulara ötürülməsinə başlanılacağını bildirdi.

Nazir Berat Albayrak “Əsrin müqaviləsi”nin müddətinin uzadılmasının əhəmiyyətini xüsusi vurğulayaraq, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasının önəmini qeyd etdi. O, ötən ay TANAP layihəsinin icrası çərçivəsində sınaq işlərinə başlanıldığını dedi.

Dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00