İlham Əliyev Mingəçevir şəhərinə səfərə gəlib

27 fevral 2018, 12:05
İlham Əliyev Mingəçevir şəhərinə səfərə gəlib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir şəhərinə səfərə gəliblər.

Dövlət başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoydular.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirdə görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi.

gallery-photogallery-photogallery-photogallery-photo