lham Əliyev Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşüb

15 mart 2018, 14:55
lham Əliyev Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşüb

Prezident İlham Əliyev Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşüb.

Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətinin artdığını qeyd edən dövlətimizin başçısı Makedoniya Respublikasının Prezidenti George İvanovun bu tədbirdə iştirakının önəmini vurğuladı. Prezident İlham Əliyev Makedoniya Respublikasının Prezidenti ilə Bakıda və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini məmnunluqla xatırladı.

Makedoniya Respublikasının Prezidenti George İvanov VI Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil olunduğunu və uğurla keçirildiyini qeyd etdi. O bildirdi ki, bu tədbir əməkdaşlığın genişləndirilməsi, beynəlxalq aləmdə sabitliyin, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işinə böyük töhfə verir.

Görüşdə iki ölkə arasında energetika, əczaçılıq və digər sahələrdə əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Makedoniya Respublikasının Prezidenti George İvanov Prezident İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət etdi.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00