İlham Əliyev Qazaxıstana rəsmi səfərə yola düşmüşdür

19 oktyabr 2011, 12:00
İlham Əliyev Qazaxıstana rəsmi səfərə yola düşmüşdür

Prezident İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə yola düşmüşdür.

Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar. 

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazaxıstan Respublikasına rəsmi səfərə gəlmişdir.

Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Almatının Beynəlxalq hava limanında Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçısını Qazaxıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Milli geyimli qız Azərbaycan Prezidenti İlham Əliyevə gül dəstəsi təqdim etdi.