İlham Əliyev Ağsuda mədəniyyət və istirahət parkının əsaslı bərpa və yenidənqurmadan sonra açılışında iştirak etmişdir

30 oktyabr 2011, 18:20
İlham Əliyev Ağsuda mədəniyyət və istirahət parkının əsaslı bərpa və yenidənqurmadan sonra açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Ağsuda mədəniyyət və istirahət parkının əsaslı bərpa və yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, parkın 9 metr hündürlüyündə 4 sütunlu giriş qapısı milli Azərbaycan memarlığı üslubunda inşa olunmuşdur. İl yarım ərzində başdan-başa yenidən qurulmuş parkın ərazisi 1,6 hektardır.

Burada yeni quraşdırılmış fəvvarə parka xüsusi yaraşıq verir. Sakinlər üstü örtülü 6 istirahət guşəsindən istifadə edə biləcəklər. Mədəniyyət və istirahət parkında uşaqlar üçün maraqlı attraksionlar quraşdırılmış, xalq nağıllarının motivlərini əks etdirən guşə və səhnə yaradılmışdır. Parkda yaşıllaşdırma işləri zamanı əvvəldən mövcud olan həmişəyaşıl bitkiləri saxlamaqla yanaşı, 7,5 min kvadratmetr ərazidə yeni ağaclar və gül kolları əkilmişdir. 

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00