İlham Əliyev Oğuzda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

16 noyabr 2011, 16:00
İlham Əliyev Oğuzda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

Prezident İlham Əliyev Oğuz rayonuna səfərə gəlmişdir.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Oğuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, abidənin ətrafında yaşıllıq zolağı salınmış, ağac və bəzək kolları əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

gallery-photogallery-photogallery-photo