İlham Əliyev ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Rey Mabusu qəbul etmişdir

21 noyabr 2011, 16:00
İlham Əliyev ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Rey Mabusu qəbul etmişdir

Prezident İlham Əliyev ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Rey Mabusu qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, ölkələrimizin hərbi sahədə uzun illərdir ki, uğurla əməkdaşlıq etdiyi vurğulandı, bu sahədə əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirildi.

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Rey Mabus Azərbaycanın Əfqanıstandakı beynəlxalq sülhməramlı missiyanın tərkibində iştirakını və beynəlxalq sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı nəqliyyat təminatında ölkəmizin rolunu yüksək qiymətləndirdi.

Görüşdə Azərbaycan ilə ABŞ arasında təhlükəsizlik, enerji və nəqliyyat təhlükəsizliyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.