XƏBƏRLƏR
19 may 2024
12:00
12:00
Prezident İlham Əliyev İraq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrakın etimadnaməsini qəbul etmişdir.
Səfir Heydər Şiyə Qubeyşi Əl-Barrak fəxri qarovul dəstəsinin qarşısından keçmişdir.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etmişdir.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etmişdir.
Söhbət zamanı Azərbaycan ilə İraq arasında ikitərəfli münasibətlər və onların perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.