İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə telefonla zəng etmişdir

21 dekabr 2011, 16:00

Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə telefonla zəng etmişdir.

Dövlətimizin başçısı Mixeil Saakaşvilini ad günü münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.

Gürcüstan Prezidenti təbrikə və diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.

Dövlət başçıları Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildirmişlər.