İlham Əliyev Latviyanın sabiq Prezidenti, “Zatlersin İslahatları Partiyası”nın sədri Valdis Zatlersi qəbul etmişdir

21 dekabr 2011, 19:20
İlham Əliyev Latviyanın sabiq Prezidenti, “Zatlersin İslahatları Partiyası”nın sədri Valdis Zatlersi qəbul etmişdir

Prezident İlham Əliyev Latviya Respublikasının sabiq Prezidenti, “Zatlersin İslahatları Partiyası”nın sədri Valdis Zatlersi qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Latviya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, Prezident İlham Əliyevlə Valdis Zatlersin bundan əvvəlki görüşləri məmnunluqla xatırlandı, ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi.