Dağıstan Respublikası Xalq Məclisinin sədri Maqomed-Sultan Maqomedovdan

23 dekabr 2011, 18:50

Hörmətli İlham Heydər oğlu.

Sizi 50 illik yubileyiniz münasibətilə Dağıstan Respublikası Xalq Məclisi adından və şəxsən öz adımdan hərarətlə və ürəkdən təbrik edirəm.

Dağıstanlılar Sizi siyasi və dövlət xadimi kimi yaxşı tanıyır, respublikalarımızın xalqları arasında ənənəvi qardaşlıq, dostluq və əməkdaşlığın möhkəmlənməsinə, sülhün və sabitliyin qorunub saxlanmasına yönəlmiş səylərinizi yüksək qiymətləndirirlər.
Uzun ömür, möhkəm cansağlığı, tükənməz güc və enerji, Azərbaycan Respublikasının tərəqqisi naminə çoxşaxəli fəaliyyətinizdə gələcək uğurlarla bağlı ən xoş arzularımı qəbul edin.

Dərin hörmətlə,

Maqomed-Sultan Maqomedov
Dağıstan Respublikası Xalq Məclisinin sədri