Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

24 dekabr 2011, 14:15

Hörmətli İlham Heydər oğlu!

Sizin 50 illik yubileyiniz münasibətilə ən hərarətli və səmimi təbriklərimi qəbul edin.

Siz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin işini layiqincə davam etdirərək Vətənə yorulmadan xidmət etmək nümunəsinə çevrilmisiniz. Sizin bilikləriniz, möhkəm iradəniz və siyasi müdrikliyiniz sayəsində iqtisadi cəhətdən güclü və mütərəqqi Azərbaycan Respublikası bu gün gələcəyə inamla baxır, beynəlxalq münasibətlərin nüfuzlu iştirakçısıdır.

Belarus-Azərbaycan dialoqunun inkişafına Sizin şəxsi töhfənizi və bizim aramızda yaranmış, etimada əsaslanan münasibətləri yüksək qiymətləndirirəm, bunlar olmadan həqiqi tərəfdaşlıq mümkün deyildir.

Əminəm ki, səmərəli Belarus-Azərbaycan əməkdaşlığı bundan sonra da dostluq və qarşılıqlı anlaşma əsasında inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji və məsul vəzifənizdə uğurlar arzulayıram.

Hörmətlə,

Aleksandr Lukaşenko
Belarus Respublikasının Prezidenti