Türkiyə Respublikasının Prezidenti Abdullah Gül İlham Əliyevə telefonla zəng etmişdir

24 dekabr 2011, 15:15

Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Abdullah Gül dövlətimizin başçısına anadan olmasının 50 illiyi münasibətilə təbriklərini çatdırmış, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.

Dövlətimizin başçısı təbrikə və diqqətə görə Abdullah Gülə minnətdarlığını bildirmişdir.

Telefon söhbəti zamanı Prezident İlham Əliyev və Prezident Abdullah Gül ölkələrimiz arasında dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da daim inkişaf edəcəyinə əmin olduqlarını bildirmişlər. 

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00