Stravropol diyarının qubernatoru Valeri Qayevskidən

26 dekabr 2011, 14:00

Hörmətli cənab Prezident!

50 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin! Sizin Qafqazda sülhün və həmrəyliyin qorunub saxlanmasına yönəlmiş səyləriniz ən dərin hörmətə layiqdir. Sizin yaradıcı enerjiniz və məqsədyönlü fəaliyyətiniz sayəsində Azərbaycan Respublikası dinamik inkişaf edir, sakinlərinin həyat səviyyəsi yüksəlir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, nəzərdə tutduğunuz planların həyata keçirilməsi üçün tükənməz enerji və məsuliyyətli vəzifənizdə Azərbaycan Respublikası və onun sakinləri naminə işinizdə uğurlar arzulayıram.

Azərbaycan ilə Stavropol diyarı arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənəcəyinə və qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid edirəm.

Hörmətlə,

Valeri Qayevski
Stravropol Diyarının qubernatoru