İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə yola düşmüşdür

23 yanvar 2012, 10:00
İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə yola düşmüşdür

Prezident İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə yola düşmüşdür.

Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.

XXX

Prezident İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. 

Azərbaycan dövlətinin başçısını Soçinin “Adler” Beynəlxalq Aeroportunda Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.