İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Sayed Yusuf Raza Gilani ilə görüşü olmuşdur

26 yanvar 2012, 21:00
İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Sayed Yusuf Raza Gilani ilə görüşü olmuşdur

Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Sayed Yusuf Raza Gilani ilə görüşü olmuşdur.

Sayed Yusuf Raza Gilani Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Görüşdə əlaqələrimizin yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi və bunun çox böyük əhəmiyyətə malik olduğu vurğulandı. Azərbaycanın və Pakistanın bir-birini həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində daim dəstəklədiyi bildirildi və bu dəstəyin bundan sonra da davam etdirilməsinin önəmi qeyd olundu.

Görüşdə ölkələrimiz arasında neft-qaz, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıldı.