İlham Əliyev Avstraliyanın xarici işlər naziri Kevin Rud ilə görüşmüşdür

03 fevral 2012, 21:00
İlham Əliyev Avstraliyanın xarici işlər naziri Kevin Rud ilə görüşmüşdür

Prezident İlham Əliyev Münxendə Avstraliyanın xarici işlər naziri Kevin Rud ilə görüşmüşdür.

Görüşdə Avstraliyanın xarici işlər naziri Kevin Rud ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif sahələrdə inkişafında maraqlı olduğunu bildirdi, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsindən məmnunluğunu ifadə etdi.

Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinin dünyanın əksər dövlətlərinin ölkəmizə dəstəyinin nümunəsi olduğunu dedi.

Dövlət başçısı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi.

Görüşdə ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00