İlham Əliyev Münxendə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton ilə görüşmüşdür

04 fevral 2012, 22:00
İlham Əliyev Münxendə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton ilə görüşmüşdür

Prezident İlham Əliyev Münxendə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton ilə görüşmüşdür.

Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunan görüşdə əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirildi. Azərbaycanın antiterror koalisiyasının tərkibində Əfqanıstandakı sülhyaratma əməliyyatlarında iştirakı yüksək qiymətləndirildi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparıldı. 

gallery-photogallery-photo