İlham Əliyev Çinin Azərbaycandakı səfirinin etimadnaməsini qəbul etmişdir

07 fevral 2012, 17:00
İlham Əliyev Çinin Azərbaycandakı səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuinin etimadnaməsini qəbul etmişdir.

Səfir Xun Tsyuin fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xun Tsyuin etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Ölkələrimiz arasında münasibətlərin dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayan Prezident İlham Əliyev dövlətlərarası əlaqələrin səviyyəsindən məmnunluğunu bildirdi. Dövlətimizin başçısı iqtisadi və investisiya qoyuluşu sahələrində əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu dedi. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasının dost və tərəfdaş ölkələr kimi regional məsələlərdə, o cümlədən dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi işində bundan sonra da fəal əməkdaşlıq edəcəklərinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Xun Tsyuin Çin Xalq Respublikasının sədri Hu Szintaonun salamlarını dövlətimizin başçısına çatdırdı. Üç il bundan əvvəl Azərbaycana səfər etdiyini deyən səfir ötən dövr ərzində Bakıda böyük dəyişikliklərin şahidi olduğunu vurğuladı. Xun Tsyuin bildirdi ki, ölkəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətdə sabitliyin bərqərar olunması və iqtisadiyyatın sürətli inkişafı ilə bağlı Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirir.

2008-ci ildə Çinə səfərini və Çin Xalq Respublikasının sədri Hu Szintao ilə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev Çində sürətli inkişafa və əldə edilən uğurlara Azərbaycanın da sevindiyini dedi.

Dövlət başçısı Çin Xalq Respublikası sədrinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Hu Szintaoya çatdırmağı xahiş etdi. 

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00