İlham Əliyev Bolqarıstanın Azərbaycandakı səfiri Vasil Kalinovu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

28 mart 2012, 14:30
İlham Əliyev Bolqarıstanın Azərbaycandakı səfiri Vasil Kalinovu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

Prezident İlham Əliyev Bolqarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasil Kalinovu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlət başçısı Vasil Kalinovun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Bolqarıstan arasında siyasi, təhlükəsizlik, energetika və regional əməkdaşlıq sahələrində əlaqələrin inkişaf edərək yaxın tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu bildirdi. Bolqarıstanlı diplomatın Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Səfir Vasil Kalinov ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq münasibətlərimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Vasil Kalinov Azərbaycandakı diplomatik fəaliyyəti dövründə səfirliyin fəaliyyətinə yaradılan şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. 

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00