15:30
“Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
29 mart 2012, 18:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 16 yanvar tarixli 1965 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:
1. “Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin.
2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. “Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etsin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 mart 2012-ci il.
15:30
15:25
15:10
14:34
14:10
13:20
13:18
13:17
13:16
13:15
18:50
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
17 may 2024, 18:5014:14