İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Sergio de Souza Fontes Arrudanın etimadnaməsini qəbul etmişdir

11 aprel 2012, 13:40
İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Sergio de Souza Fontes Arrudanın etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sergio de Souza Fontes Arrudanın etimadnaməsini qəbul etmişdir.

Səfir Sergio de Souza Fontes Arrudan fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətləri genişləndirmək və tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək üçün qarşılıqlı marağın olduğunu dedi. Ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələyə daxil olduğunu vurğulayan Prezident İlham Əliyev siyasi əlaqələri genişləndirməyin, iqtisadi sahədə əməkdaşlığı gücləndirməyin önəmini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda da bir-birini dəstəkləyəcəklərinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Sergio de Souza Fontes Arrudan əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. Səfir, ölkəsinin Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu dedi və Braziliyada keçiriləcək bir sıra beynəlxalq tədbirlərdə Azərbaycanın da iştirakının əhəmiyyətini vurğuladı. Diplomat ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Braziliya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini dedi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00
SƏNƏDLƏR Sərəncamlar 13 may 2024
13:18
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

13 may 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
13:16
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

13 may 2024, 13:16
SƏNƏDLƏR Qanunlar 13 may 2024
13:14
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

13 may 2024, 13:14
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
12:57
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...

13 may 2024, 12:57