İlham Əliyevin ABŞ-ın nəqliyyat komandanı general Uilyam Freyzer ilə görüşü olmuşdur

04 may 2012, 09:15
İlham Əliyevin ABŞ-ın nəqliyyat komandanı general Uilyam Freyzer ilə görüşü olmuşdur

Prezident İlham Əliyevin ABŞ-ın nəqliyyat komandanı general Uilyam Freyzer ilə görüşü olmuşdur.

General Uilyam Freyzer Azərbaycan ilə ABŞ arasında əlaqələrin inkişafından məmnunluğunu bildirdi. Terrorizmə qarşı mübarizədə və Əfqanıstanda həyata keçirilən sülyaratma əməliyyatlarında Azərbaycanın rolunu vurğulayan komandan bu sahədə əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu dedi.

Əməkdaşlığımızın uğurlu və səmərəli olduğunu qeyd edən Azərbaycan Prezident İlham Əliyev antiterror koalisiyası çərçivəsində əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirdi.