İlham Əliyev Moldova Prezidenti Nikolaye Timofti ilə görüşmüşdür

15 may 2012, 23:30
İlham Əliyev Moldova Prezidenti Nikolaye Timofti ilə görüşmüşdür

Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti Nikolaye Timofti ilə görüşmüşdür.

Əlaqələrimizin müxtəlif sahələrdə inkişafından məmnunluğun ifadə olunduğu görüşdə dövlət başçıları Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etdilər. İkitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.

gallery-photogallery-photo