İlham Əliyevin ABŞ-ın Çikaqo şəhərinə işgüzar səfəri başa çatmışdır

22 may 2012, 16:00

Prezident İlham Əliyevin ABŞ-ın Çikaqo şəhərinə işgüzar səfəri başa çatmışdır.

Azərbaycan dövlətinin başçısını Çikaqonun “OʼHare” Beynəlxalq Aeroportunda ABŞ-ın rəsmi şəxsləri yola saldılar.

XX X

Mayın 22-də dövlətimizin başçısı Bakıya qayıtmışdır. 

Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.